YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: Bu fərman ölkədə qeyri-neft sektorunun inkişafına çox müsbət təsir göstərəcək

«Dövlət başçısı tərəfindən qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı fərmanın imzalanması çox müsbət hadisədir». Bu fikri Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə  deyib.

Z.Səmədzadə bildirib ki, bu fərman qeyri-neft məhsullarının ixracının daha da inkişaf etdirilməsi işinə təkan verəcən növbəti addımlardandır.

«Ümumiyyətlə, neçə vaxtdır ki, istər hökumətdə, istər mətbuatda, istər elə parlamentdə qeyri-neft məhsullarının ixracını artırmaq üçün onun təşviq edilməsi məsələsi ətrafında müzakirələr gedirdi. Çünki dünyada bunun uçün uğurlu bir mexanizm mövcuddur. Yəni, qeyri-neft məhsullarının ixracını atrırmaq üşün onun təşviqi məsələsi, təcrübəsi ortadadır. Odur ki, bizdə də belə bir  mexanizmdən istifadə olunacaq. Cənab Prezidentin fərmanı da məhz bu amilləri özündə ehtiva edir. Bütövlükdə, bu fərman ölkədə qeyri-neft sektorunun inkişafına çox müsbət təsir göstərəcək»- deyə, komitə sədri vurğulayıb.