YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niyazi Səfərov: Qeyri-neft sektorunun inkişafında sənaye zonaları, parkları və məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir

«Prioritetlərə uyğun olaraq, sənayenin inkişafına dövlət dəstəyi, eləcə də yeni istehsal sahələrinin yaradılması və rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi üçün tədbirlər davam etdirilir». Bu fikri iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

 N.Səfərov bildirib ki, ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir. Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafında sənaye zonaları, parkları və məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir.

«Azərbaycan hökuməti  sahibkarlığın dəstəklənməsi istiqamətində də vacib tədbirlər həyata keçirir. Eyni zamanda,  qeyri-neft məhsullarının ixracının stimullaşdırılması yönündə fəaliyyət gücləndirilir. Bütün bunlar ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin inkişafına, müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılmasına, Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliyinin artırılmasına əlavə stimul yaradır. Sənayenin modernləşdirilməsi və innovasiyalar əsasında inkişafı, təbii resurslardan səmərəli istifadə, son məhsuladək texnoloji zəncirin qurulması, rəqabətqabiliyyətli sənaye istehsalının artırılması və ixracın genişləndirilməsi Azərbaycan sənayesinin başlıca inkişaf istiqamətləridir. Bu prioritetlərə uyğun olaraq, sənayenin inkişafına dövlət dəstəyi, eləcə də yeni istehsal sahələrinin yaradılması və rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi üçün tədbirlər davam etdirilir»- deyə, nazir müavini vurğulayıb.