YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Azərbaycan qadınının cəmiyyətin bütün sahələrinin inkişafında özünəməxsus rolu var

«Tarixən qadınlar bütün dünyada dövlətdə baş verən ictimai-siyasi proseslərdən başlayaraq ailə institutunun özünəməxsus formalaşmasına qədər cəmiyyətin bütün sferalarında əhəmiyyətli rola malikdirlər. Bu mənada, Azərbaycan qadınının ölkəmizin dövlət quruculuğunda və cəmiyyətin bütün sahələrinin inkişafında, ən əsası bütün dünyaya örnək olacaq milli mənəvi dəyərlərimizin qorunub saxlandığı ailə institutunun formalaşmasında özünəməxsus rolu vardır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, Azərbaycan cəmiyyətində qadına verilən dəyər, göstərilən diqqət və hörmət danılmazdır. Onun sözlərinə görə, Azərbaycan qadınına verilən qiymət öz hüququ dəyərini Azərbaycan Xalq Cümhuriyyətinin dövründə qadın siyasətinin rəsmiləşdirilməsi ilə alıb.

«Hər zaman öz iti ağlı, düçüncəsi və ziyalılığı ilə seçilən qadınlarımız sovet dönəmində də aktiv intellektual bir zümrə formalaşdırmağa nail olmuşdular. Lakin müstəqil Azərbaycanda qadın siyasətinin təməli məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hər hansı bir cəmiyyətdə, dövlətdə qadına münasibət ilk növbədə həmin ölkənin apardığı qadın siyasəti ilə bilavasitə bağlıdır. Ulu öndərin ölkəmizə istər sovet dönəmində, istərsədə müstəqillik illərində rəhbərliyi dövründə qadınların maariflənməsinə, qadın problemlərinin həllinə, eləcə də onların ölkəmizin siyasi-iqtisadi, sosial mədəni həyatında rolunun artırılmasına xüsusi önəm verilib. Ulu öndərin siyasi varisi cənab Prezident İlham Əliyev də təməli möhkəm siyasi baxışlarla qurulmuş dövlət qadın siyasətinin uğurla həyata keçirilməsində mühüm tədbirlər həyata keçirmiş və bu proseslər davam etməkdədir. Cənab Prezidentin bu istiqamətdə verdiyi qərarlar, həyata keçirdiyi proqramlar eləcə də Onun təşəbbüsü ilə qanunverici bazanın təkmilləşdirilməsi təqdirəlayiqdir. V çağırış Milli Məclis seçkilərində qadın millət vəkillərinin sayının artması ilə yanaşı, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaradılmasıı bu sahədə qanunverici bazanın təkmilləşməsinə, eləcə də cəmiyyətin maraq və tələbləri nəzərə alınmaqla dövlət qadın siyasətinə yeni baxışın, müasir yanaşmanın formalaşmasına xidmət edir. Ölkəmizdə qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti isə bütün qadınlar üçün örnəkdir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə və dünyada elmin, təhsilin, mədəniyyətin inkişafında həyata keçirdiyi layihələrlə yanaşı, cəmiyyətmizdə gender problemlərinin, qadınlara və uşaqlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Düşünürəm ki, ölkəmizdə uğurla davam etdrilən dövlət qadın siyasəti , Azərbaycan cəmiyyətində qadına verilən dəyər biz qadınların ailədə, işdə və cəmiyyətdə layiqli yer tutmamıza töhvə verməklə yanaşı bu mövqeyin qorunub saxlnamasına xidmət edəcək»- deyə, S.Əliyeva qeyd edib.