YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Qazanılan nailiyyətlər qadınlarımızı daha yeni hədəflər qarşıya qoymağa ruhlandırır

«Qadınların cəmiyyət həyatında rolu getdikcə artmaqdadır. Bu baxımdan müsbət inkişafı görməmək mümkün deyil». Bu fikirləri Trend-ə müsahibəsində Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, bu gün qadınlar qərarların qəbul olunmasında, münaqişələrin həll edilməsində öz töhfələrini verirlər. Onun sözlərinə görə, qadınlar  bərabər hüquqlar və bərabər imkanların təmin olunmasını, bərabər nəticələrin əld əedilməsini əsas hədəf kimi qarşıya qoyurlar.

«Dünyada qazanılmış nailiyyətlərdə Azərbaycan qadınlarının da özünəməxsus rolu var. Bu, həm siyasi hüquqların reallaşması, həm iqtisadi-sosial hüquqların reallaşması, həm də seçkili orqanlarda təmsilçiliyi əhatə edir. Bunun əsasını isə Azərbaycandakı mövcud mükəmməl qanunvericilik bazası təşkil edir. Bu bazanın üzərindən həyata keçirilən fəaliyyət isə ali icraedici hakimiyyət orqanının verdiyi sərəncamlar, fərmanlar və digər qərarlardır. Bütövlükdə isə ölkəmizdə həyata keçirilən dövlət qadın siyasəti bizə deməyə əsas verir ki, Azərbaycan qadınlarının həm iş şəraitinin yaxşılaşdırılması, siyasi, sosial hüquqlarının reallaşması yönündə vəziyyət müsbətdir, eləcə də, sahibkarlıq sahəsində qadınların təmsilçiyi getdikcə artmaqdadır. Bu nailiyyətlər qadınlarımızı daha yeni hədəflər qarşıya qoymağa ruhlandırır»- deyə, B.Muradova vurğulayıb.