YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hallandeyl-Biç şəhəri 26 fevral tarixini Xocalı soyqırımının ildönümünü günü elan edib

ABŞ-ın Florida ştatının Hallandeyl-Biç şəhərinin meriyası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar proklamasiya dərc edib. Proklamasiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 600-dən çox günahsız vətəndaşın, o cümlədən qadınların və uşaqların öldürülməsindən danışılır. Sənəddə qeyd edilir ki, “Human Rights Watch” hüquq müdafiə təşkilatının əlindəki dəlillərə əsasən, Xocalı soyqırımı regionda ən böyük hərbi cinayətdir. Xocalı hadisələrinin dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsinin və onların tolerantlığının vacib olduğunu göstərdiyi üçün Hallandeyl-Biç şəhərinin meri Coy F.Kuper 2016-cı il fevralın 26-nı Hallandeyl-Biç şəhərində Xocalı qırğınının 24-cü ildönümünü günü elan edir.

Bu sənəd Florida ştatının Azərbaycan Assosiasiyasının prezidenti Töhfə Eminovaya təqdim olunub. Proklamasiya ABŞ Azərbaycanlıları Şəbəkəsinin illik kampaniyası nəticəsində qəbul edilib.