YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstan əməkdaşlığı regionun və Avropanın mənafeyi baxımından çox əhəmiyyətlidir

Martın 7-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın ictimai-siyasi, iqtisadi-mədəni sahələrdə yüksək səviyyədə olduğu bildirilərək, mehriban qonşuluq şəraitində yaşayan xalqlarımızın mənafeyi naminə bu əlaqələrin qorunub saxlanmasının və inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Azərbycan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının işinin daha intensiv davam etdirlməsinin zəruriliyini, ölkələrimizin energetika, nəqliyyat və digər sahələrdə irimiqyaslı beynəlxalq layihələrdə birgə fəaliyyətinin əhəmiyyətini qeyd edən tərəflər, bu əməkdaşlığın təkcə regionun inkişafı və tərəqqisi naminə deyil, eləcə də bütün Avropanın mənafeyi baxımından tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Görüşdə, həmçinin beynəlxalq və regional problemlər kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də tezliklə mövcud hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin zəruri olduğu bildirilib.

Bakıya səfəri çərçivəsində keçirdiyi görüşlər barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verən qonaq məmnunluqla xatırlatdı ki, qədirbilən Gürcü xalqı ən çətin məqamlarda Azərbaycanın göstərdiyi mehriban qonşuluq və dostluq yardımlarını heç zaman unutmayacaq.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.