YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhram Xəlilov: Dövlət Qulluğu Məcəlləsinin payızda parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir

Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsi layihəsinin son variantı artıq hazırdır. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, Dövlət Qulluğu Məcəlləsinin layihəsi üzərində geniş ictimai müzakirələr aparıldıqdan sonra onun son variantı hazırlanıb.

Qeyd edək ki, Azərbaycanda dövlət qulluğu ilə bağlı məsələlər 12 qanun, 50-yə yaxın fərman və Nazirlər Kabinetinin 8 qərarı ilə tənzimlənir. Bu sahədə ciddi islahatların aparılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 7.1-ci bəndində dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi üzrə layihənin hazırlanması nəzərdə tutulub. Bundan başqa, Dövlət Qulluğu Məcəlləsinin hazırlanması "Yoxsulluğun azaldılması və davamlı inkişaf haqqında" Dövlət Proqramında da öz əksini tapıb.

Mütəxəssislər hesab edirlər ki, sözügedən qanunvericilik aktının qəbul edilməsindən sonra bir çox məsələlərə, o cümlədən müəllim və həkimlərə "dövlət qulluqçusu" statusunun verilib-verilməməsi məsələsinə də aydınlıq gətiriləcək.