YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurasının üzvləri Novruz bayramı münasibətilə Müharibə Əlilləri üçün Müalicə Pansionatında olublar

Bu gün Yeni Azərbaycan Partiyası  Qadınlar Şurasının üzvləri Novruz bayramı münasibətilə Şaqan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında olublar. Görüşdə çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva pansionatda müalicə olan insanları qarşıdan gələn bayram münasibətilə təbrik edib. Nurlana Əliyeva bildirib ki, Azərbaycan Respublikasınıın Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə daim xüsusi diqqət və qayğı ilə yanaşır. Bu insanların  rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır.

Azərbaycanın son illər qazandığı böyük uğurlardan danışan Nurlana Əliyeva, həmçinin, qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də, ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir. “Bizim arzumuz doğma Azərbaycanımızı firavan, xoşbəxt görməkdir. Arzu edirik ki, hamılıqla bir yerdə torpaqlarımızın işğaldan azad olunmasını bayram edək, belə bayramları həmin torpaqlarda keçirək. Azərbaycan Prezidenti bu məqsədlərə çatmaq üçün uğurlu siyasət həyata keçirir””, - deyə YAP Qadınlar Şurasının sədri vurğulayıb.

 Onun sözlərinə görə, YAP daim müxtəlif layihələr reallaşdıraraq qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir. Nurlana Əliyeva belə görüşlərin bundan sonra da davam edəcəyini deyib.
YAP Qadınlar Şurasının sədri qeyd edib ki, bu pansionatın sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb: “Burada yaşayan insanların əhval-ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin və partiyamızın həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təmin olunması üçün istifadə edilsin, o cümlədən də, qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmasın. Bizim belə tədbirlərimiz də dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır”.

YAP Xəzər rayon təşkilatı Qadınlar şurasının sədri, pansionatın direktoru  Pərvanə Hacıyeva çıxış edərək göstərilən diqqətə və qayğıya görə ölkə Prezidentinə minnətdarlığını bildirib. O qeyd edib ki, pansionatın sakinləri hər cür şəraitlə təmin olunmaqla yanaşı, dövlətin bütün sosial proqramlarından istifadə edə bilirlər.

Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının bayram sovqatı təqdim olunub.

Görüş konsert proqramı ilə davam edib.