YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlıların Soyqırımı Günü Silahlı Qüvvələrdə silsilə tədbirlərlə anılır

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində təsdiq edilmiş plana əsasən, anma mərasimləri, konfranslar, “dəyirmi masa”lar, ədəbi-bədii gecələr və sərgilər keçirilir, ictimaiyyətin nümayəndələri, veteranlar və tarixçi alimlər ilə görüşlər təşkil olunur.

Tədbirlərdə şəxsi heyətə ermənilərin xalqımıza qarşı yürütdüyü düşmənçiliyin tarixi barədə ətraflı məlumat verilir, mənfur qonşularımızın törətdikləri qırğınlar və qətliamların ağır nəticələri bir daha xatırlanır. Gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün ümumi düşmənə qarşı birliyimizin vacibliyini vurğulamaq, soyqırımını törədənlərə nifrət hissini aşılamaq, ordumuzda döyüş ruhunu, mənəvi-psixoloji hazırlığı və vətənpərvərlik hisslərini daim yüksək səviyyədə saxlamaq da keçirilən tədbirlərin əsasını təşkil edir.

 

DİGƏR Xəbərlər Arxiv