YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın ticarət naziri Penni Pritzker ilə görüşüb

Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının ticarət naziri xanım Penni Pritzker ilə görüşüb.

Görüşdə son vaxtlar ölkəmizdə gedən iqtisadi proseslər, işsizliyin aradan qaldırılması və qarşısının alınması ilə bağlı görülən tədbirlər, iqtisadiyyatın daha da inkişafı baxımından gömrük və vergi sahələrində aparılan islahatlar, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları, ticarət əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olundu, “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Amerika şirkətlərinin ölkəmizdəki fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.