YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Mötəbər tədbirin ölkəmizdə baş tutması Azərbaycanın beynəlxalq müstəvidə nüfuzuna əhəmiyyətli dərəcədə təsir göstərəcək

«Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməkdədir. Ölkəmizdə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması və müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir». Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Bu səbəbdən də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan ölkəmiz bu istiqamətdə beynəlxalq forumların keçirilməsi üçün ideal məkandır.

«Məlum olduğu kimi 25-27 aprel tarixlərində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun ölkəmizdə keçiriləcək. Bu tədbirin Bakıda keçirilməsi Azərbaycanda mövcud olan tolerantlıq, multikultural mühitin bir daha dünya ictimaiyyətinə təqdim edilməsi ilə xarakterizə olunacaq. Eyni zamanda, belə bir mötəbər tədbirin ölkəmizdə baş tutması Azərbaycanın beynəlxalq müstəvidə nüfuzuna əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək. Şübhəsiz ki, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın tolerantlıq, multikulturalizm məkanı kimi təcrübəsinin dünya dövlətləri tərəfindən daha dərindən öyrənilməsinə bir stimul vermiş olacaq»- deyə, K.Əliyeva qeyd edib.