YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Pekində keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq

Aprelin 12–dən 14-dək Pekində “COTTM 2016” beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin, yerli turizm şirkətlərinin və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri təmsil edəcək.

Nazirlikdən bildirilib ki, sərgidə ölkəmizin turizm imkanlarının təbliğ olunması üçün nazirlik tərəfindən 39 kvadratmetrlik pavilyon icarəyə götürülüb. Burada Azərbaycanın regionlarını, paytaxt Bakını, ölkəmizin təbiətini, milli mətbəximizi, turizm potensialını təbliğ etmək məqsədilə ingilis və çin dillərində müxtəlif növ reklam-çap məhsulları nümayiş ediləcək.

Beynəlxalq sərgiyə Azərbaycanla yanaşı, 65 ölkədən 300-ə yaxın şirkət qatılacaq.

Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq beşinci dəfədir ki, Pekində keçirilən “COTTM” beynəlxalq turizm sərgisində iştirak edir.

Qeyd edək ki, ötən il Çindən ölkəmizə 5 mindən çox turist səfər edib.