YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün beynəlxalq birlik daha böyük fəallıq göstərməlidir

«Qoşunların təmas xəttində Ermənistanın törətdiyi təxribatlarla bağlı bir sıra beynəlxalq qurumlar münasibət bildirdilər. Bu məsələdə AŞPA rəhbərliyi obyektiv mövqe nümayiş etdirdi. Bu mövqe Azərbaycan parlamentariləri tərəfindən yüksək qiymətləndirilir». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, son günlərdə erməni silahlı qüvvələri tərəfindən sərhədboyu rayonlarda baş verən təxribatda mülki  vətəndaşlar  xeyli əziyyət  çəkiblər.

«Artıq Azərbaycan Silahlı Qüvvələri ermənilərin təxribatına layiqli cavab veriblər,  uğurlu əməliyyatlar aparılıb. Dağlıq Qarabağ münaqişəsi bütövlükdə regionda sülhə və təhlükəsizliyə ən böyük təhdiddir. Ona görə də, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün beynəlxalq birlik daha böyük fəallıq göstərməlidir»- deyə, komitə sədri vurğulayıb.