YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Azərbaycan beynəlxalq əlaqələrini uğurla inkişaf etdirir

«Prezident İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənir, ölkəmizə maraq artır. Biz beynəlxalq təşkilatlarda,  o cümlədən Avropa Şurasında öz maraqlarımızn müdafiəsi, ölkəmizin mövqeyinin möhkəmlənməsi üçün fəaliyyət göstəririk». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Azərbaycan beynəlxalq əlaqələrini uğurla inkişaf etdirir, əlaqələrin əhatə dairəsini mütəmadi olaraq genişləndirir. Eyni zamanda, parlament səviyyəsində xarici əlaqələr inkişaf edir və bu ölkəmizin dünya arenasında mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.

«Biz, həmçinin parlament səviyyəsində beynəlxalq əlaqələrimizdə bir nömrəli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə dair prinsipial mövqeyimizi xüsusi olaraq ifadə edirik. Qoşunların təmas xəttindəki vəziyyətə gəlincə, atəşkəsin bu şəkildə erməni hərbi birləşmələri tərəfindən pozulması qəbuledilməzdir. Bu hadisələr AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisinin ölkəmizə səfəri ərəfəsində baş verdi və məruzəçi səfəri zamanı reallıqların şahidi oldu. Ermənistan bu təxribatçı addımları məhz Azərbaycanın əldə etdiyi nailiyyətləri qəbul edə bilmədiyindən atır»- deyə, S.Seyidov vurğulayıb.