YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirilir

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Samiti çərçivəsində xarici işlər nazirlərinin toplantısı işə başlayıb.

Azərbaycanı toplantıda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Tədbirin açılışında “Qurani-Kərim”dən ayələr oxunub.

Misir tərəfinin sədrliyi ilə “Ədalət və sülh üçün birlik və əməkdaşlıq” devizi ilə keçirilən toplantının açılışında İƏT-in baş katibi İyad bin Amin Mədəni və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış ediblər.

Çıxışlarda İslam ölkələri arasında birliyin və müsəlman dünyasındakı mövcud münaqişələrin həllinin vacibliyi vurğulanıb, qaçqın problemindən, inkişaf və tərəqqi yollarından bəhs olunub.

İslam dünyasındakı münaqişələrin ədalətli həllinin vacibliyini diqqətə çatdıran Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İslam ölkələrinin bu məsələdə həmrəyliyi münaqişənin ədalətli həllinə töhfə verə bilər. Nazir deyib ki, İƏT-in İstanbul Sammitinin dünyadakı digər münaqişələrlə yanaşı, Dağlıq Qarabağ problemi ilə bağlı daha bir qərar qəbul etməsinə ehtiyac var. Münaqişə yalnız BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünə dair məlum qətnamələrinə uyğun olaraq, Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır.

Sonra gündəlikdə duran məsələlər elan edilib.