YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XXIII Beynəlxalq Xəzər Neft və Qaz sərgisi 200-dən çox şirkəti bir araya gətirəcək

İyunun 1-dən 4-nə kimi Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir - XXIII Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2016” sərgi və konfransı keçiriləcək.

“Iteca Caspian” şirkətindən bildirilib ki, regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforma olan Xəzər Neft və Qaz sərgi və konfransı hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir. “Caspian Oil & Gas” layihəsinə Azərbaycan Respublikasının Energetika Nazirliyi və SOCAR tərəfindən son dərəcə mühüm dəstək göstərilir.

Builki sərginin ekspozisiyası çərçivəsində 200-dən çox şirkət bir araya gələrək neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər. Bu il sərgidə Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland Krallığı, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri iştirak edəcək. Öz növbəsində Çexiya, İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edəcəklər. Hər il “Caspian Oil & Gas” iştirakçılarının tərkibinə yeni şirkətlər daxil olur, bu il isə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və digər ölkələrin şirkətləri çıxış edirlər.

Tədbirin statusunu sponsorlarının tərkibi təsdiqləyir. Belə ki, baş sponsoru qismində ənənəvi olaraq SOCAR, qızıl sponsorları qismində BP və “Petronas” şirkətləri, gümüş sponsorlar qismində isə “Bos Shelf” şirkəti çıxış edir. Digər sponsorlar arasında “Azeri M-I Drilling”, “AZFEN J.V.”, “Caspian Marine Services”, “Global Energy”, “SOCAR Polymer”, “Tekfen Construction” şirkətləri var. Sərgi və konfransın baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir.

İyunun 2-3-də “JW Marriott Absheron Baku” otelində keçiriləcək ənənəvi beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransında müasir dövrün reallıqları fonunda Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafı, Avropaya enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər aktual mövzular müzakirə olunacaq. Konfransda dünyanın 30-dan çox ölkəsindən 400 nəfərə yaxın nümayəndənin iştirakı gözlənilir.

Əlli nəfərdən çox natiq, o cümlədən dünyanın müxtəlif ölkələrindən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri və iri neft-qaz şirkətlərinin rəhbərləri ucuz neft qiymətləri fonunda enerji resurslarının hasilatı, idarə olunması və nəqli sahəsində əsas məsələlərlə bağlı öz məruzələri ilə çıxış edəcəklər. Bu il ilk dəfə olaraq konfransda neft-qaz layihələri üçün peşəkar mütəxəssislərin hazırlanması mövzusuna da toxunulacaq. İclas çərçivəsində mütəxəssislər kadr hazırlığı və sosial məsuliyyət xüsusunda bazar iştirakçılarının öhdəliklərini, eləcə də istedad axtarışı sistemləri, təlim proqramları və əməkdaşların daha da məhsuldar olmalarına kömək edən digər texnologiyaların işlənib hazırlanmasını, məhsuldarlığın qiymətləndirməsi sistemlərini, kadr ehtiyatının formalaşdırılmasını və digər məsələləri müzakirə edəcəklər. Konfransın baş sponsoru qismində SOCAR, qızıl sponsorları qismində BP, “General Electrics” və “Snam”, gümüş sponsor qismində “Inpex”, bürünc sponsorları qismində isə “Caspian Geophysical”, “Dentons”, “Nobel Oil Upstream”, “SAP”, “Schlumberger”, “Statoil”, “Total” şirkətləri çıxış edir.

Sərgi və konfrans ənənəvi olaraq podratçılara sifarişçilər və həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcək. Sərgi və konfransın təşkilatçıları “ITE Group” və onun tərəfdaşı “Iteca Caspian” şirkətləridir.