YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib

Aprelin 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, eləcə də komitənin əməkdaşları, YAP Gənclər Birliyinin üzvləri, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin və Bakı İslam Universitetinin tələbələri, ziyalılar və gənclər iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxış edərək bildirib ki, son hadisələr Azərbaycan Ordusunun güclü döyüş hazırlığının, gənclərin fədakarlığının, birliyinın və Ali Baş Komandanın dürüst rəhbərliyinin düşməni məhv etməyə qadir olduğunu göstərdi.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov və başqaları qeyd ediblər ki, vətənpərvərlik ruhunda tərbiyə almayan gənclər Vətənin müdafiəçisi ola bilməzlər.

Diqqətə çatdırılıb ki, atəşkəs rejiminə dair sənədin imzalanmasından 22 il keçir və bugünkü gənclik həmin sonra doğulub. Gəncliyin döyüş ruhu və fədakarlığı ölkə rəhbərliyinin gənclər siyasəti və kursunun doğruluğunu bir daha təsdiqləyir.

Sonra Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovun “Müasir gənclik və Vətənə məhəbbət”, Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinovun “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Hikmət Babayevin “Multikultural cəmiyyətdə ortaq dəyər: Vətən uğrunda vəhdət” mövzularında məruzələri dinlənilib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev çıxış ediblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.