YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Roma filialının rəhbəri Ermənistanın təcavüzkar əməllərini pisləyib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Roma filialının rəhbəri, naşir, politoloq Sandro Teti son günlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən, mülki əhali arasında tələfata səbəb olan erməni təxribatları ilə bağlı bəyanatla çıxış edib. Bu barədə BBMM-in mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda bildirilir: “Bu günlərdə yenidən fəallaşan silahlı münaqişənin beynəlxalq mediada təminatı natamam və qeyri-dolğun olub. Qarşıdurmanın Azərbaycanın işğal olunmuş ərazisində baş verməsi, eyni zamanda, Azərbaycanın işğal edilmiş torpaqlarının qaytarılmasına dair BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilməməsi amilləri beynəlxalq mediada qeyd edilməyib. Dağlıq Qarabağ və ətraf 7 rayonun da ermənilər tərəfindən işğal olunması nəticəsində Azərbaycanda 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün şəraitində yaşaması barədə də beynəlxalq media susur. Azərbaycanın İtaliyadakı səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti nəticəsində, xüsusən də Azərbaycanın getdikcə sayı artan italyan dostlarının dəstəyi ilə son günlərdə İtaliyada media təminatında əsl həqiqətlər öz əksini tapıb”.

Bəyanatda problemin qısa vaxt ərzində həll olunması üçün İtaliya hökumətindən BMT-yə, münaqişənin həlli missiyasını öz üzərinə götürən Minsk qrupunun üzvlərinə çağırış etmək xahiş olunub.