YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan ilə əlaqələrin yüksək səviyyədə saxlanılmasına və daha da inkişaf etdirilməsinə böyük önəm verir.

Bu fikri Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovla görüşündə söyləyib.

Nazir Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin qardaş ölkələr olduğunu, Azərbaycanın mövqeyini hər zaman dəstəklədiklərini qeyd edib. O, son günlər cəbhə xəttində yaranmış son vəziyyət, ümumiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Prezident İlham Əliyevin nümayiş etdirdiyi sülh strategiyasını alqışlayaraq, problemin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyini bildirib.

Səfir Daşqın Şikarov cəbhə xəttindəki son hadisələrlə bağlı məlumat verərək bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərini, xüsusən də dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini ağır artilleriya və iriçaplı pulemyotlardan atəşə tutması nəticəsində mülki şəxslər həlak olub, yaşayış evləri, məktəblər, xəstəxanalar və məscidlər dağıdılıb. Qeyd olunub ki, ağır silahlarla silahlanmış erməni ordusu atəşi məhz 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuş tarixi Azərbaycan ərazilərindən açır. Səfir bu kimi təxribat xarakterli əməllərin dayandırılması, həmçinin evlərin və məscidlərin dağıdılmaması, mülki insanlar arasında daha çox itkilərə yol verilməməsi naminə Azərbaycan tərəfinin cavab atəşi açmaq məcburiyyətində qaldığını bildirib. O, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son vəziyyətlə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası kimi təşkilatların, həmçinin Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan, Belarus və digər ölkələrin Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiklərini və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini qeyd-şərtsiz tərk etmələrini tələb edən bəyanatlar verdiklərini diqqətə çatdırıb.

Diplomat Azərbaycanın işğal altındakı torpaqlarının sülh yolu ilə, xüsusən BMT-nin qəbul etdiyi qərar və qətnamələrdə qeyd edilən prinsiplər əsasında həllinin tərəfdarı olduğunu bildirib. O, Ermənistan tərəfinin sülh danışıqlarından imtina etdiyini, işğalçı Ermənistanın BMT-nin və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını diqqətə çatdırıb.

 

DİGƏR Xəbərlər Arxiv