YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, general-mayor Babayev Elşad Çingiz oğlu, general-mayor Cəfərov Eyvaz Məmməd oğlu, general-mayor Osmanov Nizam Ramazan oğlu,
general-mayor Piriyev Heydər Kamal oğlu və general-mayor Tahirov Ramiz Firudin oğluna “general-leytenant” ali hərbi rütbəsi, polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu, polkovnik Cəbrayılov Xəqani Sərdar oğlu, polkovnik Həsənov Hikmət Hüseyn oğlu, polkovnik Kazımov Vasif Ramiz oğlu, polkovnik Mazanov İlqar Abbas oğlu və polkovnik Səfərov İdris Məmməd oğluna “general-mayor” ali hərbi rütbəsi verildi.