YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abdullah Əl Sada: Azərbaycanda belə bir mötəbər Forumun keçirilməsini yüksək qiymətləndiririk

Azərbaycanda belə bir mötəbər tədbirin keçirilməsini yüksək qiymətləndiririk. Bu, eyni zamanda, İslam dünyası üçün də əhəmiyyətli hadisədir.

Bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının Bakı Forumunun iştirakçısı, Qətər Xarici İşlər Nazirliyinin rəsmisi Abdullah Əl Sada AZƏRTAC-a müsahibəsində bildirib.

Abdullah Əl Sada deyib: "Bu forumda olduqca önəmli və xüsusi əhəmiyyət kəsb edən məsələlər, o cümlədən dünyanın qara kabusuna çevrilmiş terrorla mübarizə məsələsi müzakirə olunur. Biz İslam ölkələri olaraq terroru pisləyirik. Bu məsləyə Azərbaycan Prezidenti İlham Əliyev də toxundu. Hesab edirəm ki, birliyimiz, həmrəyliyimiz və düzgün yolda olmağımız biz müsəlman ölkələrini daha da yaxınlaşdıracaq”.

 

DİGƏR Xəbərlər Arxiv