YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firudin Qurbanov: Azərbaycanda prioritet sahələrdən olan təhsilin inkişafına xüsusi önəm verilir

«Azərbaycanda prioritet sahələrdən olan təhsilin inkişafına xüsusi önəm verilir». Bu fikri təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

F.Qurbanov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq bu istiqamətdə sistemli işlər həyata keçirilir. Onun sözlərinə görə, ölkəmizin təhsil sistemini təkmilləşdirmək, Azərbaycanın iqtisadi və sosial maraqlarını təmin edəcək mütəxəssislər yetişdirmək əsas məqsədlərdəndir.

«Son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində də böyük işlər görülüb. Həmin müddətdə 3 mindən çox yeni məktəb tikilib və ya təmir olunub. Bütün təhsil müəssisələri avadanlıqlarla təchiz olunub, məktəblərdə tədris şəraiti daha da yaxşılaşdırılıb. Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı çərçivəsində indiyədək 3 min azərbaycanlı gənc dövlət büdcəsi hesabına maliyyələşdirilməklə dünyanın tanınmış universitetlərində ali təhsil almağa göndərilib»- deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv