YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müsabiqə qaliblərinə mükafatlar təqdim olunub

Məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb.

Mayın 5-də “Gülüstan” Sarayında müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

Dövlət qurumlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının, alimlərin, ali məktəb rektorlarının, təhsil işçilərinin iştirak etdikləri tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Nazir təhsil sahəsində həyata keçirilən proqram və layihələrdən, bu sahədə qazanılan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Eyni zamanda, məlumat verilib ki, ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi tərəfindən birgə təşkil olunub.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev və digər çıxış edənlər müsabiqənin əhəmiyyətini diqqətə çatdırıblar.

Sonra müsabiqənin nəticələri barədə məlumat verilib, qaliblərə diplom və mükafatlar təqdim olunub.

 

DİGƏR Xəbərlər Arxiv