YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Dövlətimiz səhiyyənin inkişafına, əhalinin sağlamlığına böyük önəm verir

«Dövlətimiz səhiyyənin inkişafına, əhalinin sağlamlığına böyük önəm verir. Təhlükəsizlik konsepsiyasının tərkibində xalqın, millətin  sağlamlıq məsələsi də əsas yer tutur». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, parlamentin Səhiyyə komitəsinin yaradılması da  dövlətin səhiyyə sahəsinə verdiyi önəmin göstəricisidir. Onun sözlərinə görə, hazırda ən aktual məsələ icbari tibbi sığorta sisteminin tətbiqidir.

«Hazırda ölkəmizin hər yerində yüksək standartlara cavab verən səhiyyə infrastrukturu yaradılıb. İcbari tibbi sığorta sisteminə keçid üçün ciddi zəmin var. Müvafiq qanunvericilik mövcuddur, Nazirlər Kabineti yanında İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi də yaradılıb. Demək olar ki, ölkəmizin bütün bölgələrində müasir tibb ocaqları yaralıbı, eləcə də kadr potensialı da var.  Amma bu çox mürəkəb prosesdir.Hazırda bu sistemə keçid üçün ciddi hazırlıqlar gedir, beynəlxalq təcrübə öyrənilir. Bu sistemə ağrısız keçmək üçün təbii ki, çox dəqiq mexanizmlər müəyyənləşdirilməlidir. Baş nazirin müavini Əli Əhmədovun iştirakı ilə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçirilib, müxtəlif addımlar atılır. Yəni Azərbaycan hökuməti bu məsələni diqqət mərkəzində saxlayır. Yaxın müddətdə pilot layihələrin  başlanılması gözlənilir. Ümid edirik ki, yaxın gələcəkdə ölkəmizdə bu sistem uğurla tətbiq olunacaq»- deyə, M.İbrahimqızı vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv