YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Dünya azərbaycanlılarının IV qurultayının keçirilməsi ölkəmiz üçün çox əlamətdar hadisədir

«Dünya azərbaycanlılarının IV qurultayının keçirilməsi ölkəmiz üçün çox əlamətdar hadisədir». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, qurultay həm də dövlət müstəqilliyimizin bərpa edilməsinin 25-ci ildönümündə keçirilməsi ilə əlamətdardır. Onun sözlərinə görə, qurultayda Azərbaycanın inkişafı ilə bağlı məlumatlar səslənəcək.

«Eyni zamanda, diaspor təşkilatlarımızın fəaliyyəti haqqında məlumatlar veriləcək. Çalışmaq lazımdır ki, diaspor təşkilatları arasında əlaqələr daha da gücləndirilsin. Çünki bu ümumi maraqlarımıza tam uyğundur. Hesab edirəm ki, qurultayda verilən qərarlar dünyada yaşayan azərbaycanlılar arasında birliyin daha da güclənməsində, onların dövlətimizlə əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq»- deyə, M.Qasımlı qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv