YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarsda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimi keçirilir

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Qarsda iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə təlim başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimə ilk dəfə olaraq müşahidəçi qismində Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri də qatılıblar.

Təxminən 1200-dən çox şəxsi heyətin iştirakı ilə keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi Silahlı Qüvvələr arasında təcrübə mübadiləsini reallaşdırmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək, qərargahlarda müştərək planlaşdırma fəaliyyətlərini yoxlamaq, hərbi bölmələrin hazırlığını və əməliyyatları icra etmək qabiliyyətini yüksəltməklə onların uyarlılığına nail olmaqdır.

 

DİGƏR Xəbərlər Arxiv