YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsi təltif edib

Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən elm, mədəniyyət, incəsənət və jurnalistika sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir nəfər “Əməkdar elm xadimi”, iki nəfər “Əməkdar jurnalist”, iki nəfər “Əməkdar artist” adına layiq görülüb.

Dövlətimizin başçısının imzaladığı digər Sərəncama əsasən isə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə yeddi nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 41 nəfər “Tərəqqi” medalı, iki nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.