YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

GUAM nəqliyyat dəhlizi ilə yükdaşımanın artırılmasına dair tədbirlər planı təsdiqlənib

Odessada GUAM-ın işçi qrupunun 12-ci iclası keçirilib. GUAM Katibliyinin iştirak etdiyi iclasa təşkilata üzv dövlətlərin nəqliyyatının inkişafına məsul olan idarə başçıları qatılıb.

GUAM-ın Kiyevdəki qərargahından verilən məlumata görə. iclasda nəqliyyatın inkişafına və tranzit potensialının artırılmasına dair tədbirlər haqqında GUAM-a üzv ölkələrin milli nümayəndə heyətlərinin, habelə GUAM nəqliyyat dəhlizinin inkişafı Konsepsiyasının həyata keçirilməsinə dair Katibliyin məlumatları dinlənilib.

Tərəflər nəqliyyatın inkişafına məsul olan idarə rəhbərlərinin Odessa Bəyannaməsini qəbul edib. Həmçinin GUAM nəqliyyat dəhlizi ilə yükdaşımanın artırılmasına dair tədbirlər planı təsdiqlənib. İclasda həmin planın hazırlanması və həyata keçirilməsində ekspertlər tərəfindən görülən işlər yüksək qiymətləndirilib.

Tədbirin sonunda 2017-ci ilin birinci yarısında Kiyevdə, GUAM Katibliyində işçi qrupun növbəti iclasının keçirilməsi barədə razılıq əldə olunub.