YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ölkəmizdə aqrar sektorun inkişafı prioritet istiqamətlərdən biridir

«Hazırda dünyadakı geosiyasi gərginliklər fonunda meydana çıxan yeni qlobal trendlər hər bir ölkənin öz potensialından daha səmərəli istifadə etmək zərurətini gündəmə gətirib». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu baxımdan müəyyənləşdirilmiş inkişaf hədəfləri nikbinlik üçün böyük əsaslar verir. Onun sözlərinə görə, ölkəmizdə  aqrar sektorun inkişafının təmin olunması da prioritet istiqamətlərdən biridir.

«Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunması bu sahənin inkişafına göstərilən diqqətin və siyasi iradənin ifadəsidir. Qlobal iqtisadi çətinliklər fonunda ölkəmizdə aqrar sektorun inkişafının belə güclü şəkildə dəstəklənməsi heç də təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində tarixən güclü ənənələrə malik olan ölkədir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda, həyata keçirilən səmərəli siyasət sayəsində Azərbaycanın iqtisadi potensialının və maliyyə imkanlarının artması respublikamızda kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan istifadə edilməsinə münbit zəmin yaradır. Ölkə əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir»- deyə, T.Rzayev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv