YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan Şərq və Qərb mədəniyyətlərini özündə kəsb etdirən çox zəngin mədəni irsə sahibdir

Bu günlərdə dünya ictimaiyyəti çox ciddi təhdidlərlə qarşı-qarşıyadır. Dini və irqi ayrı-seçkilik, eləcə də terror hədələrinin genişlənməsi probleminə laqeyd yanaşa bilmərik. Bu vəziyyətdə mədəniyyət və demokratiyanın rolu artır, mədəni tədbirlərdə fəal iştirak edən və söz sahibi olan insanların  cəmiyyətdəki rolunu müəyyən etmək, digər insanlar ilə qarşılıqlı münasibətini qurmaq, fərqli dünyagörüşünü inkişaf etdirmək və tənqidi fikir əldə etməklərinə komək edir".  Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində bu gün Azərbaycan Milli Məclisinin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib. Sahibə Qafarova deyib ki, insan kapitalı, bu istiqamətdə yatırılan investisiya uzun müddətli olmalı, mədəniyyət və təhsil sahələrinə ayrılan dəstək prioritet olmalıdır. Sahibə Qafarova iclasda Azərbaycanda həyatı keçirilən uğurla mədəniyyət siyasəti haqqında məlumat verərək deyib ki, Azərbaycan Şərq və Qərb mədəniyyətlərini özündə kəsb etdirən çox zəngin mədəni irsə sahibdir: "Bu irsi qorumaq üçün dövlətin üzərinə böyük vəzifə düşür. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti mədəni və tarixi irsin, öz multikultural dəyərlərinin qorunması, çoxmədəniyyətliliyin təşviqi üçün kompleks tədbirlər həyata keçirir. 2014-cü ildə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti yaradılıb. Bundan başqa, Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə Bakı Beynəlxalq Multikultluralizm Mərkəzi, Bilik Fondu fəaliyyətə başlayıb ki, bu təşkilatlar ölkəmizdə mövcud olan multikultural mühitin təbliği, digər ölkələrin mədəni modellərinin təhlili və araşdırılması, Azərbaycan multikulturalizm modelinin beynəlxalq səviyyədə tanıdılması və digər məsələlərlə məşğul olurlar. 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilib".

Ölkədə mədəniyyətlərin inkişafında təhsilin mühüm rolunu qeyd edən Sahibə Qafarovanın sözlərinə görə, ölkəmizdə istedadlı gənclərin dəstəklənməsi hökumətin bu sahədə prioritetlərindəndir. Azərbaycan gənclər sahəsində xüsusi qanunlar qəbul edib, eyni zamanda gənclərin fəallığının artırılması, onların intellektual və fiziki cəhətdən inkişafının təmin olunması yönündə Dövlət proqramları qəbul edib. Həmçinin, gənclərin müxtəlif istiqamətlər üzrə layihələrinin dəstəklənməsi məqsədilə Gənclər Fondu yaradılıb. Hər il yüzlərlə Azərbaycan gənci xaricə təhsil almağa göndərilir.

Sahibə Qafarova çıxışı zamanı özündən əvvəl çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü Naira Zöhrabyanın Azərbaycan haqqında səsləndirdiyi ittihamlara da cavab verib. Azərbaycanı Türkiyənin kiçik qardaşı kimi təqdim edən və xalqımızın mədəniyyətinin aşağılanmasına yönəlik çıxışına cavab olaraq Sahibə Qafarova erməni parlamentarinin iddialarının absurd olduğunu və heç bir həqiqətə söykənmədiyini deyib. Sahibə Qafarova bildirib ki, Azərbaycan bu gün bərabərhüquqlu əməkdaşlığa önəm verən, bölgədə güc və nüfuz sahibi olan, beynəlxalq məsələlərin həllində fəal rol oynayan güclü dövlətdir. Azərbaycanın zəngin mədəniyyətə sahib olduğunu deyən millət vəkili vurğulayıb ki, Azərbaycan xalqı öz mədəniyyəti və tarixi keçmişi ilə haqlı qürur duyur.