YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Beynəlxalq ictimaiyyət gözəl dərk edir ki, münaqişə daha dondurulmuş münaqişə deyil

«Dördgünlük aprel döyüşlərindən sonra münaqişənin həlli istiqamətində danışıqlar prosesində intensivlik artıb». Bu fikri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, artıq həmsədrlər də, Ermənistanın özü də, eyni zamanda  beynəlxalq ictimaiyyət də çox gözəl dərk edir ki, münaqişə daha dondurulmuş münaqişə deyil.  Millət vəkilinin sözlərinə görə, istənilən vaxt onun münaqişədən müharibəyə transformasiyası mümkündür.

«Bütün bu reallıqlar hesab edirəm ki, həmsədrləri hərəkətə gətirir və onlar ciddi-cəhdlə çalışırlar ki, növbəti görüşlər baş tutsun. Və bu görüşlər istiqamətində müəyyən irəliləyişlər əldə edilsin. Çünki irəliləyişlər əldə edilməsə, çoxsaylı görüşlərin özü də müharibənin baş verməsinin qarşısını almaq gücündə olmayacaq. Bunu indidən proqnozlaşdırmaq mümkündür. Elə bu səbəbdən də imkan daxilində həmsədrlər çalışırlar ki, prezidentlər səviyyəsində görüşü təşkil etsinlər. Yəni artıq onların bu ciddi-cəhdlərinin səbəblərini proqnozlaşdırmaq və qiymətləndirmək elə də çətin deyil»- deyə, deputat qeyd edib.