YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycanda sənaye quruculuğu prosesində güclü siyasi iradə var

«Beynəlxalq birliyə sıx inteqrasiya edən Azərbaycan yeni iqtisadi hədəflər müəyyənləşdirib. Ölkəmizdə qlobal mənfi təsirlər nəticəsində yaranan şəraitin meydana çıxartdığı çətinlikləri dəf etmək və ölkənin iqtisadi təhlükəsizliyinə nail olmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, ölkəmizin öz  təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri qeyri-neft sektorunun inkişafının təmin olunmasıdır.

«10 ildən çoxdur ki, müstəqil Azərbaycanın dinamik sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm cəhətlərdən biri məhz ölkənin müasirləşdirilməsi və bu strateji kursa uyğun olaraq modern, dünya trendlərinə cavab verən sənaye quruculuğu siyasətinin aparılması ilə bağlıdır. Prezident İlham Əliyevin verdiyi qərarlar bir daha təsdiqləyir ki, ölkəmizdə sənaye quruculuğu prosesində güclü siyasi iradə var. Prezident İlham Əliyev respublikamızın gələcək inkişaf paradiqmalarına diqqət çəkərək vurğulayıb ki,  Azərbaycanda çox güclü sənaye kompleksi yaradılacaqdır. Son illər ölkəmizdə sənaye quruculuğu istiqamətində böyük işlər həyata keçirilib və diqqətəlayiq uğurlara nail olunub. Bütün statistik göstəricilər ölkəmizdə sənayeləşmə siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir»- deyə, komitə sədri vurğulayıb.