YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: Əhalinin işlə təminatı sosial siyasətin vacib tərkib hissəsidir

«Məşğulluq, əhalinin işlə təminatı sosial siyasətin olduqca vacib tərkib hissəsidir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, məşğulluq əhalinin müəyyən hissəsinin sosial problemlərini öz əməyi hesabına həll etməsinə imkan yaradır. Onun sözlərinə görə, əhalinin işlə təminatına nail olmaqla dövlət sosial məsrəflərin müəyyən qismini aztəminatlılara, işsizlərə, pensiyaçılara və əlillərə yardıma istiqamətləndirə bilər.

«Ötən dövrdə regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən tədbirlərin, bununla bağlı dövlət dəstəyinin istiqamətlərinin müəyyən edildiyi proqramların təsdiqi ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcı olub. Proqramların uğurla icrası nəticəsində Azərbaycanın, demək olar ki, bütün bölgələrində davamlı olaraq əməktutumlu, rəqabətqabiliyyətli yeni istehsal müəssisələri, xidmət sahələri istifadəyə verilmiş, ölkənin hərtərəfli potensialı hərəkətə gətirilmişdir. Beş ildən bir qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkənin iqtisadi inkişafının mühüm təkanvericisi missiyasını yerinə yetirməklə vətəndaşların sosial rifahının yüksəldilməsində müstəsna rol oynayır»- deyə, komitə sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv