YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Türkiyədə dövlət çevrilişinə cəhd zamanı yaralananlara yardım edib

Azərbaycan Türkiyədə dövlət çevrilişi cəhdi zamanı yaralananların müalicəsi üçün 100 min dollar məbləğində yardım edib.

Türkiyə Böyük Millət Məclisinin rəsmi saytında yerləşdirilmiş məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanla görüşdə simvolik çeki ona təqdim edib.

Azərbaycanın Türkiyəyə dəstəyini bir daha ifadə edən QMİ sədri bildirib ki, Azərbaycan xalqı qardaş Türkiyə xalqının acısını paylaşır. O, Azərbaycanın hər zaman Türkiyə xalqının yanında olduğunu deyib.

İ.Qəhrəman göstərdiyi diqqət və qayğıya görə, Azərbaycan rəhbərliyinə və xalqına dərin təşəkkürünü bildirib.

 

DİGƏR Xəbərlər Arxiv