YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bosniya və Herseqovinada Qlobal Bakı Forumuna hazırlıq toplantısı keçiriləcək

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi və müavininin görüşündə Qlobal Bakı forumlarının əhəmiyyəti vurğulanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildiriblər ki, görüşdə noyabrın 22-24-də Bosniya və Herseqovinada keçiriləcək IX Ali səviyyəli toplantı haqqında məlumat verilib, tədbirə hazırlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, toplantıda Bolqarıstan, Makedoniya, Monteneqro, Albaniya prezidentləri də daxil olmaqla, 20-dən çox sabiq dövlət və hökumət rəhbərlərinin iştirakı gözlənilir. Toplantı 2017-ci ildə keçirilməsi nəzərdə tutulan V Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.

 

DİGƏR Xəbərlər Arxiv