YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Dövlətin idman siyasəti olduqca peşəkar qurulub

«Azərbaycanda idman artıq həyat tərzinə çevrilib. İdmana gələn gənclərimizin sayı ilbəil artır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, dövlətin idman siyasəti olduqca peşəkar qurulub. Onun sözlərinə görə, idman federasiyalarına hərtərəfli dəstək göstərilir.

«Ölkəmizin əksər bölgələrində Olimpiya idman kompleksləri tikilib gənclərimizin istifadəsinə verilib. Bütün bunlar son nəticə olaraq idmanın inkişafına gətirib çıxarır.  Artıq Azərbaycan dünyada da idman ölkəsi kimi qəbul olunur.  İdmanın belə geniş şəkildə vüsət almasında ölkə Prezidenti,  Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rolu əvəzsizdir. Müstəqillik qazandıqdan sonra idmançılarımız beynəlxalq yarışlarda, o cümlədən olimpiya oyunlarında iştirak edirlər. Sevindirici hal ondan ibarətdir ki, hər il nəticələrimiz daha yaxşı olur. İdmançılarımızın medallar qazanaraq bayrağımızı mötəbər yarışlarda dalğalandırması eyni zamanda çox gözəl vətənpərvərlik nümunəsidir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv