YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Telegraph”: Azərbaycan Rioda ən nəticəli Olimpiya yığması olub

Böyük Britaniyanın “The Telegraph” qəzeti “Rio-2016” Olimpiya Oyunlarında mükafat qazanan ölkələrin alternativ cədvəlini tərtib edib.

Azərbaycanın Olimpiya millisi idmançı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib. Əlli altı atletlə nəhəng turnirdə təmsil olunan ölkəmizin nisbətən az idmançı ilə yarışa qatıldığı vurğulanıb. Bu isə hər üç təmsilçimizin payına (0,3) bir medalın düşməsi deməkdir.

Azərbaycan eləcə də, qazanılan medalların ölkənin əhali sayı ilə müqayisə göstəricisinə görə də səkkizinci yeri tutub. Rioda əldə edilən mükafat ölkənin hər bir milyon nəfəri üçün 1,87 medal payı sayılıb.

Azərbaycan Olimpiya marafonunu 18 medalla başa vurub. Yığmamız bu nəticə ilə mükafat qazanan ölkələr arasında 39-cu pillədə qərarlaşıb. Medal sayına görə siyahıda Azərbaycan 15-ci yerdədir və yalnız keçmiş postsovet ölkələri arasında Rusiyadan geri qalır.