YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minskdə MDB ölkələrinin maliyyə-iqtisadi forumu keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev jurnalistlərə bildirib ki, MDB üzvü olan ölkələrin maliyyə-iqtisadi forumu oktyabr ayında Minskdə keçiriləcək.

Sergey Lebedev deyib: “MDB Hökumət Başçıları Şurasının iclasına aid qoşma sənəddə bildirilir ki, maliyyə-iqtisadi forum Minskdə keçiriləcək. Birliyin üzvü olan ölkələrin demək olar ki, hamısı həmin forumda iştirak etməyə hazır olduqlarını bildiriblər”.

S.Lebedevin sözlərinə görə, MDB hökumət başçılarının iclası oktyabrın 28-nə planlaşdırılıb. İclasın gündəliyinə xeyli məsələ daxil ediləcək. Bu məsələlər bütün fəaliyyət sahələrində, ilk növbədə iqtisadi sahədə əməkdaşlığın fəallaşdırılmasına həsr edilib.

 

DİGƏR Xəbərlər Arxiv