YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Gənclərin idman sahəsinə marağı gündən-günə artır

«Azərbaycan idmançılarının Rioda keçirilən Yay Olimpiya Oyunlarındakı uğurları bütün xalqımızın sevincinə səbəb oldu». Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, qazanılan hər medal, Azərbaycan bayrağının dalğalanması və himnimizin səsləndirilməsi qürurvericidir. Onun sözlərinə görə, 56 idmançımızın təmsil olunduğu mötəbər idman tədbirində qazanılan 18 medal Azərbaycanın idman sahəsində inkişafının göstəricisidir.

«Bu, ölkə Prezidenti cənab İlham Əliyevin idmana və gənclərin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Bu gün Azərbaycanın, demək olar ki, bütün bölgələrində idman kompleksləri var. Gənclərin bu sahəyə marağı gündən-günə artır. Bu həm idmana olan dövlət qayğısının, həm də idmançılarımızn uğurlarının sayəsində baş verir», - deyə deputat vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv