YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Liviyanın Baş naziri Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcəkdir

Liviyanın Baş naziri Əbdül Rəhim əl-Kib II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün Bakıya səfərə gələcəkdir. 

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilmişdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Əbdül Rəhim əl-Kib səfər çərçivəsində qurumun digər tədbirlərində də iştirak edəcəkdir.

İkinci Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçiriləcəkdir. Forumda 54 ölkədən 150-dən artıq nüfuzlu ictimai-siyasi xadimin, rəsmi şəxsin, ekspertin və elm adamının iştirakı nəzərdə tutulmuşdur.

 

 

DİGƏR Xəbərlər Arxiv