YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Biz bütün ölkələrlə çox xoş münasibətlər qurmaq əzmindəyik və buna nail olmuşuq

Prezident İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində demişdir: “Biz bütün ölkələrlə çox xoş münasibətlər qurmaq əzmindəyik və buna nail olmuşuq. Ancaq milli maraqlarımızın hesabına yox, - əsas məsələ bundadır, - bərabərhüquqlu münasibətlərin hesabına”.

Dövlətimizin başçısı beynəlxalq təşkilatlarla əməkdaşlığımızın artıq uzun illərdir ki, aparıldığını vurğulamışdır. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarda çox uğurlu siyasət apardığını, BMT Təhlükəsizlik Şurasına seçilməyimizin bunu əyani şəkildə göstərdiyini diqqətə çatdırmışdır. Dövlətimizin başçısı bildirmişdir ki, BMT-də bizim fəaliyyətimiz əlbəttə, prioritet təşkil edir. Çünki BMT yeganə təşkilatdır ki, bütün dünya ölkələri orada cəmləşir və əslində, beynəlxalq ictimaiyyət deyəndə ilk növbədə BMT nəzərə alınmalıdır.

Prezident İlham Əliyev demişdir: “Əfsuslar olsun ki, son vaxtlar kütləvi informasiya vasitələrində “beynəlxalq ictimaiyyət” sözü çox işlədilir və bu söz bir qrup ölkələri nəzərdə tutur. Ancaq beynəlxalq ictimaiyyət BMT-dir və beynəlxalq ictimaiyyət Azərbaycanı dəstəkləyir, öz dəstəyini göstərmişdir. Ona görə indi bizim böyük, əvəzolunmaz təcrübəmiz vardır və biz BMT-də səylərimizi genişləndirməliyik. BMT-də ikitərəfli əlaqələri xüsusilə o ölkələrlə ki, münasibətlərimiz lazımi səviyyədə deyil, biz onlarla bu əlaqələri möhkəmləndirə bilərik və bunu edəcəyik”.