YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şabran seçiciləri "Yeni Azərbaycan" təşviqat qrupunun nümayəndələri ilə görüşdə Referendum Aktını dəstəklədiklərini bildiriblər

Bu gün Referendumla üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Şabran rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon seçiciləri ilə görüş keçirib. 

Görüşdə millət vəkili Tahir Süleymanov, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov  iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov qonaqları salamlayaraq Konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğulayıb: "Təklif olunan dəyişiklər gələcəyimiz üçün önəmlidir. Ona görə də Şabran rayon seçiciləri bütün seçkilərdə olduğu kimi budəfəki seçkilərdə də fəal olub öz gələcəyi naminə səs verməlidirlər".

Daha sonra çıxış edən millət vəkili Tahir Süleymanov söyləyib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin atdığı hər addım Azərbaycanın və xalqımızın uğurlu gələcəyinə istiqamətlənib: "Konstitusiyaya təklif edilən əlavə və dəyişikləri nəzərdən keçirdikdə görürük ki, orada nəzərdə tutulan bütün müddəalar dövlətimizin, eləcə də xalqımızın daha yaxşı və firavan yaşamasını təmin etmək üçün səsverməyə çıxarılıb. Biz bu səsvermədə gələcək müqəddəratımızı həll edəcəyik. Ona görə də sentyabrın 26-da keçiriləcək seçkilərdə xalqımızı daha aktiv olmağa səsləyirəm".

Seçicilərlə görüşdə çıxış edən təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Konstitusiyada nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışaraq, sənəddə əksini tapan müddəaların bir çox istiqamətləri əhatə etdiyini bildirib: "Bu gün Azərbaycan özünün inkişaf, tərəqqi dövrünü yaşayır. Ölkəmiz inkişaf etdikcə qanunlara da bu və ya digər şəkildə dəyişikliklər və əlavələrin edilməsinə ehtiyac duyulur. Azərbaycan Konstitusiyasında sentyabrın 26-a təyin edilmiş referendumda dəyişiklik və əlavələrin edilməsi də zamana uyğun atılan addımlardandır. Biz istərdik ki, sentyabrın 26-da Azərbaycanda keçiriləcək Referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupunun apardığı təşviqat nəticəsində insanlar məntəqələrə gəlib, ümumxalq səsverməsində fəal iştirak etsinlər".

Sonda seçicilər Referendum aktı haqqında öz fikirlərini bildirərək, seçkilərdə fəal olacaqlarını söyləyiblər.