YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatala rayonunda "Yeni Azərbaycan" təşviqat qrupunun təmsilçilərinin qadın seçicilərlə görüşü keçirilib

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı Zaqatala rayonunda qadın seçicilərlə görüş keçirib. 

200 nəfərin iştirak etdiyi tədbirdə   Yeni Azərbaycan Partiyasının (YAP) Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov,  millət vəkili  Kamilə Əliyeva, YAP Zaqatala rayon təşkilatınını Qadınlar şurasının sədri Vəfa Süleymanova iştirak edib.

Tədbiri açan Zaqatala rayon təşkilatının sədri Habir Qurbanov iştirakçılara Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında geniş məlumat verərək bildirib ki, ölkəmizdə Referendumun keçirilməsi zərurətdən irəli gələn məsələdir: "Bu maddələr insan hüquq və azadlıqlarının qorunmasına, sahibkarlıq fəaliyyətinin inkişafına , Azərbaycan dövlətinin daha da inkişaf etməsinə, idarəçilik mexanizminin daha da təkmilləşməsinə xidmət edir. Bu baxımdan Zaqatala seçicilərini səsverməyə çağırıram. Hər biriniz aktiv olub referenduma hə deyək".

Görüşdə daha sonra çıxış edən YAP rayon təşkilatının Qadınlar Şurasının sədri Vəfa Süleymanova  bildirib ki, təklif olunan əlavə və dəyişiklər gələcək inkişafımız üçün çox önəmlidir. 

Millət vəkili Kamilə Əliyeva söyləyib ki, Azərbaycan gündən-günə inkişaf edir: "Biz bu inkişafın davamlı olması üçün Sentyabrın 26-da məntəqələrə gələrək Referendum Aktına hə deməliyik. Sentyabrın 26-da gələcək müqəddəratımız həll olunacaq. Biz bundan kənarda qala bilmərik".

Daha sonra görüş iştirakçıları çıxış ediblər. Onlar 26 sentyabr tarixində seçki məntəqələrinə gələrək bu dəyişikliklərin hər bir maddəsinə HƏ deyəcəklərini bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv