YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Fransanın Avropa Məsələləri üzrə dövlət naziri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Respublikasının Avropa Məsələləri üzrə dövlət naziri Harlem Desir ilə görüşüb.

XİN-in mətbuat xidmətindən bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair substantiv danışıqlar prosesinin mövcud vəziyyəti barəsində ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinin daha da sürətləndirilməsinin vacibliyini qeyd ediblər.

Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın daim substantiv və nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan və Fransa arasında siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olunub.

 

DİGƏR Xəbərlər Arxiv