YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Bakıda birinci Beynəlxalq “Caspian Energy Forum - 2014” keçirilir

Aprelin 23-də “Caspian Energy International Media Group”un 15 illik yubileyi çərçivəsində Bakıda Birinci Beynəlxalq “Caspian Energy Forum-2014” keçirilir.

Forumda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev bu ilin Azərbaycan və Xəzər regionu ölkələri üçün əlamətdar bir il olduğunu demişdir.

Qeyd olunmuşdur ki, cari il Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il sentyabrın 20-də Bakıda beynəlxalq neft şirkətləri konsorsiumu ilə imzalanmış “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə “Əsrin Müqaviləsi”nin 20 illik yubileyi təntənəli qeyd ediləcəkdir. Belə bir forumun da məhz “Əsrin Müqaviləsi”nin 20 illik yubileyi çərçivəsində keçirilməsi olduqca əlamətdar bir hadisədir.

Təbirdə, həmçinin Avropanın enerji təhlükəsizliyi, Avratlantik enerji bazarı miqyasında Xəzər enerji resurslarının rəqabətə davamlılığı və perspektivləri, bərpa olunan enerji mənbələri sahəsində innovasiyaların tətbiqi, neft emalı və neft kimyası sənayesinin ekoloji aspektləri məsələlərinə toxunulmuşdur.

Birinci Beynəlxalq “Caspian Energy Forum-2014”-ün təşkilatçıları Caspian European Club (CEIBC) və “Caspian Energy International Media Group”dur.