YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«Yeni Azərbaycan» təşviqat qrupu Gədəbəy rayonunda qadın seçicilərlə görüş keçirib

«Yeni Azərbaycan» təşviqat qrupu Gədəbəy rayonunda qadın seçicilərlə görüş keçirib.

Görüşdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının «Yeni Azərbaycan» təşviqat qrupunun Gədəbəy rayon şöbəsinin sədri Rüstəm Navğıyev  təklif edilən əlavə və dəyişikliklərlə bağlı geniş məlumat verib. R.Nağıyev bildirib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər daha dinamik inkışafı hədəfləyir və zamanın tələbidir: «İnanıram ki, bütün siyasi proseslərdə öncül sıranı tutan Gədəbəy seçiciləri bu dəfə də Azərbaycan dövlətinin güclənməsinə, daha effektiv idarəçiliyi formalaşdırılmasına, insan hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, bir sözlə referenduma çıxarılan əlavə və dəyişikliklərin lehinə səs verəcək. Bütün seçiciləri sentyabrın 26-da keçirilən referendumda aktiv iştirak etməyə çağırıram».

Tədbirdə çıxış edən millət vəkili Sevinc Hüseynova bildirib ki, Konstitusiyaya nəzərdə tutalan əlavə və dəyişikliklərin hər birini təhlil etdikdə  əsas olaraq yalnız xalqın maraqlarının və dövlətin inkişafının əsas götürüldüyü meydana çıxır. Referendum Aktında öz əksini tapmış əlavə və dəyişikliklər Azərbaycanın müasir inkişaf dinamikası, modernləşmə strategiyasının tələbləri ilə ayaqlaşaraq, ölkənin siyasi, sosial-iqtisadi inkişafının mahiyyətindən doğur. Onun sözlərinə görə, bu əlavə və dəyişikliklərin istər bələdiyyələrin gələcək fəaliyyətində, istər məhkəmə-hüquq sisteminin inkişafında, istərsə də, insan hüquq və azadlıqlarının qorunması istiqamətində gedən prosesdə böyük əhəmiyyət kəsb edəcək.

Çıxış edən YAP Gədəbəy rayon təşkilatı Qadınlar Şurasının sədri Esmira Şirinova görüşdə iştirak edən seçiciləri referendumda fəal iştiraka səsləyib. Tədbirdə çıxış edən qadın seçicilər referendumda iştirak edəcəklərini, irəli sürülən əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər.