YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in sədri Oqtay Əsədov Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov bu cür görüşlərin keçirilməsinin önəmini vurğulayıb, nümayəndə heyətinin ölkəmizə bu səfərinin təqdirəlayiq olduğunu söyləyib. Qeyd edilib ki, bu görüş, aparılan səmimi, açıq dialoq münasibətlərin gələcək inkişafı istiqamətində böyük əhəmiyyətə malikdir.

Nümayəndə heyətinin rəhbəri, Böyük Britaniyanın Mühafizəkarlar və İslahatçılar Qrupundan olan Səyyad Kərim Azərbaycanda gördükləri yüksək qonaqpərvərlikdən məmnun qaldıqlarını söyləyib. O deyib: “Yaxın keçmişdə müəyyən xoşagəlməz hallar yaşanmasına baxmayaraq, biz əməkdaşlığa çox güclü əsaslarla yenidən başlayırıq. Nümayəndə heyətimizə qarşı göstərilən bu cür isti münasibət bizi birləşdirən ümumi cəhətlərin mövcudluğunu bir daha sübut edir. Biz bunu çox yüksək qiymətləndiririk”.