YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Müstəqil Azərbaycan qarşıdakı illərdə də böyük nailiyyətlərə imza atacaq, bayrağımız daim zirvələrdə yüksələcək

«Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Bu hadisə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb». Bu fikirləri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, müstəqilliymizin bərpa olunduğu ilk illər çətin olsa da, Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqımız bütün təhlükələrdən xilas oldu.    Onun sözlərinə görə, 1993-cü ildə Heydər Əliyev Azərbaycanın bölünməsinin qarşısını aldı, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, nəticədə Azərbaycan 23 ay yaşayan o dövlətinin taleyini yox, 25 ildir ki, müstəqil yaşayır.

«Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir, ölkəmiz dünyaya yeni simada təqdim olunur. Müstəqil Azərbaycanımız Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır, ölkəmizin razılığı olmadan regionda heç bir beynəlxalq layihə reallaşa bilməz. 25 illik müstəqilliyimiz dövründə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv oldu ki, dünyada söz sahibi olan dövlətlər sırasına qoşuldu. Bu gün Azərbaycanın üçrəngli bayrağı BMT-də, Avropa Şurasında, ATƏT-də və digər mötəbər beynəlxalq qurumların önündə ucalır. İnanıram ki, müstəqil Azərbaycan qarşıdakı illərdə də böyük nailiyyətlərə imza atacaq, bayrağımız daim zirvələrdə yüksələcək»- deyə, F.İbrahimli qeyd edib.