YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Paris Sazişi Milli Məclis tərəfindən ratifikasiya olunacaq

Azərbaycan hökuməti tərəfindən də imzalanan iqlim dəyişikliyi ilə bağlı Paris Sazişi bu il oktyabrın 28-də ölkə Parlamenti tərəfindən ratifikasiya olunacaq və qüvvəyə minəcək.

Bu barədə oktyabrın 18-də Bakıda keçirilən “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumundakı çıxışında Milli Məclis sədrinin müavini, təbii sərvətlər, enerji və ətraf mühit komitəsinin sədri Valeh Ələsgərov deyib.

“Əminəm ki, həmin sənədi imzalayan və bu təşəbbüsə qoşulan ölkələr bu anlaşmanın qüvvəyə minməsini təmin edəcək və sazişin məqsədinə uyğun öz enerji siyasətində və iqtisadi siyasətində müvafiq tədbirlər həyata keçirəcək”, - deyə V.Ələsgərov qeyd edib.