YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəli Yıldırım: Türkiyə xalqının sevgi və hörmətini Azərbaycandakı qardaşlarımıza göndərirəm

Türkiyənin Baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunda çıxışı zamanı Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb.

Bu barədə "TRT Haber" telekanalı məlumat verib.

Baş nazir deyib: "79 milyonluq Türkiyə xalqının sevgi və hörmətini Azərbaycandakı qardaşlarımıza göndərirəm. Biz bir millət, iki dövlətik".